ARKTİKA İQLİMİ

Şim. yarımkürəsinin qütb sahəsi iqlimidir. Qış qütb gecələrində havanın temperaturu - 400-yə qədər, bəzən isə 500-dən aşağı olur. Yay qütb günlərində havanın temperaturu başdan-başa buzla örtülü sahələrdə 00-yə yaxın olur, yalnız bəzi hallarda +20, +30 və yuxarı olur. Materikə yaxın adalarda havanın temperaturu bəzi günlərdə +100, +150-yə çatır. Mərkəzi hissədə antisiklonlar üstünlük təşkil edir və güclü küləklər əsir. Yağıntı xırda qar şəklində düşür və illik miqdarı 200 mm-ə qədərdir.
ARKTİK ZONA
ARKTİKANIN İSTİLƏŞMƏSİ
OBASTAN VİKİ
Arktika iqlimi
Arktika iqlimi — Yer kürəsinin şimal qütbü ətrafınıda, Arktika ərazisində hakim olan iqlim. Arktik iqlim uzun, soyuq qışı və qısa sərin yayı ilə xarakterizə olunur. Bu ərazidə kəskin iqlim göstəriciləri müşahidə olunsada, ancaq bütün bölgədə həm yay da, həm də qışda ekstremal günəş radiasiyası qeydə alınır. Qütb gündüzləri və gecələri il ərzində qeyri-bərabər günəş radiasiyasının düşməsinə şərait yaradır. Bölgənin cənub rayonlarında radiasiya balansı müsbətdir: 10–15 kkal/(sm²·il), yəni mülayim qurşaq ərazisindən 2–3 dəfə az. Mərkəzi hissələrdə isə 2–3 kkal/(sm²·il)-dir. İl ərzində temperaturun alçaq olmasının səbəbi ərazinin yayda az qızması, qışda isə intensiv soyumasıdır. Qışda Arktikanın çox hissəsi intensiv siklon təsirinə məruz qalır; Atlantik okeanının şmimalından və qismən Sakit okeandan gələn siklonlar havanın temperaturunu nisbətən qaldırır (–2-dən –10˚C-yədək), buludluluğu, yağıntıların miqdarını maksimuma çatdırır, havanı kəskin dəyişdirir və tez-tez güclü küləklərin əsməsinə səbəb olur. Antisiklonlar qış da, əsasən, Arktikanın Sibir regyonunda güclənir, Arktika hövzəsinin Sakit okean boyu hissəsində (Kanada və Qrenlandiya) isə nisbətən zəif inkişaf edir. Burada Arktik iqlim, demək olar ki, tamamilə isti Şimali Atlantika axınının təsiri altındadır.
Arktika
Arktika (yun. ἄρκτος) — yer kürəsinin şimal qütbü ətrafını əhatə edir. Qış mövsümündə Arktika tamamilə buz ilə örtülür. Bir çox insanlar fikirləşirlər ki, qütb ayıları Antarktidada yaşayır. Lakin qütb ayıları Antarktidada yox, Arktikada yaşayır. Arktika adalarının əksəriyyətində demək olar ki, insan yaşamır.
Arktika körpüsü
Arktika körpüsü — Şimal Buzlu okean və Atlantik okeanın şimal hissəsəsindən keçən movsümü dəniz yolu. Bu yol dəniz vastəsi ilə Kanada və Rusiyanı bir-birinə birləşdirir. Dəniz yolu Rusiyanın Murmansk (Kola körfəzi) limanından başlayır və Kanadanın Çörçill limanında (Hudzon körfəzi) bitir. Çörçil limanı Kanadanın şimalında yerləşir. Üstəlik dəmiryolu və hava nəqliyyatı vastəsi ilə ölkənin digər əraziləri ilə əlaqələnir. Bu liman Kandananın son dəmir yolu stansiyası olmaqla həm də Kanada prerilərindən toplanan buğdanın Avropa bazarına çıxışın əsas qapısı rolunu oynayır. Murmansk dəniz limanı isə Sankt-Peterburq və Avropanın digər hissələri ilə Oktyabrsk dəmir yolları vastəsi ilə birləşir. Murmansk limanı həm də onu Rusiyanın digər ərazilərini birləşdirən «Kola» avtomagistralının son duracağıdır. Rusiya Arktika körpüsünün inkişaf etdirilməsində maraqlıdır. İnkişaf edəcəyi halda Avroöpa və Şimali Amerika arasında (Şimal dəniz yolu ilə birlkdə) əsas ticarət yollarından birinə çevrilə bilər.
Arktika ordusu
Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu - "Arktika ordusu" yaradıb. Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib. Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.
Arktika söyüdü
Arktika söyüdü (lat. Salix arctica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix arctica subsp. arctica Salix arctica subsp. crassijulis (Trautv.) A.K.Skvortsov Salix arctica subsp.
Andrenin Arktika ekspedisiyası
Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə Şimal qütbünə çatmaq üçün təşkil ediln və hər üç tədqiqatçının ölümü ilə nəticələnən ekspedisiya. İsveçin ilk hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı. Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.
Arktika İnvestisiya Protokolu
Arktika İnvestisiya Protokolu (AİP) — Arktika regionunda investisiya fəaliyyəti həyata keçirən şirkətlər və korporasiyalar üçün tövsiyələr və standartlar toplusu. Protokol ESG meyarlarına və BMT-nin məsuliyyətli investisiya prinsiplərinə əsaslanır və Arktikada davamlı iqtisadi inkişafı stimullaşdırmaq üçün yaradılıb. Onun yaradılmasında yerli xalqların, dövlət və özəl sektorların, elmi ictimaiyyətin nümayəndələri iştirak edirdi. AİP hüquqi cəhətdən məcburi deyil və “yumşaq hüquq” nümunəsidir. Arktika İnvestisiya Protokolu 2015-ci ildə nəşr edilmişdir. O, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Arktikada Qlobal Gündəlik Şurası tərəfindən hazırlanıb. Dünya İqtisadi Forumu daha sonra 2017-ci ildə protokolu Arktika İqtisadi Şurasına (AEC) ötürdü. AİP Arktika ərazilərinin məsuliyyətli iqtisadi inkişafı üçün beynəlxalq alətə çevrilmişdir. 2016-cı ildə protokolu ilk imzalayanlardan biri investisiya şirkəti Guggenheim Partners idi. 2021-ci ildə Arktika İqtisadi Şurası və Arktika Parlamentarilərinin Konfransı Arktika İnvestisiya Protokolunu təşviq etmək üçün anlaşma memorandumu imzaladı.
Dağ iqlimi
Dağ iqlimi— yüksək dağlıq üçün xarakterik iqlim. Dağ iqlimini düzən ərazi iqlimindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır: Dəniz səviyyəsindən hündürlük və bununla əlaqədar atmosferin seyrəkləşməsi aşağıdakılara səbəb olur. Atmosfer təzyiqinin və temperaturun aşağı olmasına; Havanın mütləq rütubətliyinin aşağı olmasına; Qış buludluğunun miqdarının azalmasına; Havada tozun miqdarının az olmasına; Yüksək insolyasiyaya (xüsusilə ultrabənövşəyi radiasiyanın miqdarı); Küləyin sürətinin yüksək olmasına; Havanın temperaturunun və digər meteoroloji elementlərin sutkalıq və illik dəyişməsinin zəif olmasına. Dağlıq ərazi ilə əlaqədar sərbəst atmosfer rejiminin pozulması aşağıdakılara səbəb olur: Yağıntıların ümumi miqdarının artıq olmasına (oroqrafik yağıntılar hesabına); Dağ-dərə küləklərinin əmələ gəlməsinə; Dağlarda konveksiyanın güclənməsi ilə əlaqədar yay buludluğunun çoxalmasına.
Dəniz iqlimi
Dəniz iqlimi — okeanın atmosferə təsiri çox olan şəraitdə yaranan iqlim. Dəniz iqlimi kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox yağıntılı və buludlu olması ilə fərqlənr. Dəniz iqlimində dəniz tərəfindən əsən küləklər üstünlük təşkil edir Dəniz iqliminin quruya təsiri, əsasən, atmosferin yer səthi boyu dövr etməsi nəticəsində yaranır. Dəniz iqlimi materiklərin içərilərinə doğru hərəkət etdikcə tədricən kontinental iqlimə keçir. Eyni coğrfi enlikdə yerləşən quruya nisbətən okean üzərində havanın rütubətliyi və illik yağıntının miqdarı daha çoxdur.
Estoniyanın iqlimi
Estoniyada mülayim-dəniz iqlimindən mülayim-kontinentala keçid tipi hakimdir. Ölkə ərazisində qış mülayim, yay isə sərin keçir. Ölkə ümumən mülayim qurşaqda yerləşir. Şimaldan və qərbdən Baltik dənizinin suları ilə əhatə olunusada, ərazidə iqlimin formalaşmasında atlantik okeanından gələn siklonlar əsas rol oynayır. Dənizə yaxınlığı rütubətlənmə əmsalını yüksək edir. Estoniyada qiş Qolfstrim cərəyanının hesabına daha mülayim keçir, nəyin ki, Avrasiya materikinin daxili rayonlarında. İlin ən isti ayı - iyul, soyuq ay isə - fevraldır. Buludlu və və dumanlı günlər üstünlük təşkil edir. 1961-1990-cı illər ərzində aparılmış müşahidələrə əsasən Estoniya ərazisində havanın orta illik temperaturu +4,1 °C-dən +6,3 °C, 1981—2010-cu illər ərzində isə +4,9 °C-dən +7,1 °C olmuşdur. Ən yüksək orta illik temperatura Saaremaa və Hiyumaa (+6...+7), ən aşağı göstərici isə - Lyaene-Virumaa və Yıgevamaa (+4,9...+5,3 °C) rayonları ərazisində qeydə alınmış.
Kosovonun iqlimi
Qismən müstəqilliyi tanınmış Kosovo Respublikası elə də böyük bir sahəyə malik deyildir. Bununla belə qəliz relyef strukturu Kosovonun iqlim rəngarəngliyinə səbəb olur. Kosovo şimal yarımkürrəsinin mərkəzi hissəsinin cənubunda yerləşir. Onun iqliminə Aralıq dənizi iqlimi və kontinemtal iqliminin təsiri böyükdür. İqliminə təsir göstərən digər təsirlər isə onun Avrasiya, Afrika və Atlantik okeana onan məsafənin eyni olmasıdır. Azda olsa relyef, hiqrologiya, düzənliklər və bitki örtüyü onun iqliminə təsir göstərir. İbar çayı regionu kontinental iqlimin təsirinə məruz qalır. Bu səbəbdən burada qışı olduqca sərt keçir. Burada qışın orta aylıq temperatu −10 °C, bəzən isə −26 °C olur. Yayda isə orta aylıq temperatur 20 °C, bəzən isə 37 °C olur.
Macarıstan iqlimi
Macarıstan iqlimi ölkənin yerləşdiyi coğrafi mövqeyi ilə əlaqədərdır. Macarıstan Mərkəzi Avropanın qərbində yerləşir. Yerləşdiyi mövqeyi ilə istər qütbdən istərsə eyni məsafədə yerləşir. Üstəlik Atlantik okeandan 1000 km uzaqlıqda yerləşir. Macarıstan sərhədindən ən yaxın dənizə olan məsafə 500 kilometrdir. İqlimi qolosen dövründə formalaşmışdır. Macarıstan iqlimi kontinental, okean və aralıqdəniz iqliminin qarışığından formalaşmışdır. Nəticədə burada iqlim olduqca dəyişkəndir. Macarıstan iqliminə təsir göstərən iki faktor vardır. Bunlardan biri ölkənin Aralıq dənizindən olan məsafə və qərb küləklərinin gətirdiyi yağıntılardır.
Maltanın iqlimi
Malta Köppen iqlim sinifləndirməsinə görə olduqca mülayim qışı və isti yayı ilə Aralıq dənizi iqliminə malikdir. Yağınıt əsasən qışda olur, yay isə ümumiyyətlə quru olur. Troll-Paffen iqlim təsnifatına və Sieqmund/ Frankenberq iqlim təsnifatına görə, Malta 35º şimal enliyində olan subtropik zonada yerləşir. Orta illik temperatur gündüz 23 °C (73 °F) , gecə isə 16 °C (61 °F) ətrafındadır (Avropadakı ən isti temperatur ortalamalarından biridir). Ən soyuq ayda -Yanvarda gündüz maksimum temperatur 12–20 °C (54–68 °F), gecə minimum temperatur isə 6–12 °C (43–54 °F) təşkil edir. Aprel ayı gündüz 17–22 °C (63–72 °F), gecə isə 10–14 °C (50–57 °F) arasında temperatur ilə başlayır. Noyabrda temperatur gündüzlər 17–23 °C (63–73 °F) , gecələr isə 11–18 °C (52–64 °F) olur. Lakin ilin qış aylarında (dekabr, yanvar, fevral) temperatur bəzən 20 °C (68 °F)-ə çatır. Mart ayı keçidlidir, isti isti ilə, gündəlik maksimumlar tez-tez 20 ° C-dən (68 ° F) çox olur. Mart isti temperatur ilə keçid ayıdır və gündəlik tez-tez 20 °C (68 °F)-i keçir.
Naxçıvanın iqlimi
Naxçıvan Muxtar Respublikanın iqliminin tədqiqində İ. V. Fiqurovski, Ə. M. Şıxlınski, Ə. A. Mədətzadə, P. Mirzəyev və başqalarının xidmətləri olmuşdur. Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir. Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilmişdir. Naxçıvan MR özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər — günəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, tipik dağlıq ölkə olan Naxçıvan MR-in müasir iqliminin yaranmasında relyef əsas rollardan birini oynayır. Şərqdən, şimal-şərqdən və şimaldan Zəngəzur və Dərələyəz dağları ilə əhatə edilməsi, Ermənistan və İran yaylaları ilə qonşu olması, həmçinin geniş su hövzələrindən xeyli uzaqlığı Muxtar respublikada xüsusi iqlim şəraitinin yaranmasına səbəb olmuşdur. Relyef amili öz növbəsində meteoroloji ünsürlərin — havanın temperaturunun, rütubətin, yağıntıların, küləklərin xüsusi rejimini yaradır. Muxtar respublikanın ərazisində demək olar ki, bütün fiziki coğrafi ünsürlərin şaquli zonallığı müşahidə edilir.
Rusiya iqlimi
Rusiyanın iqlimi bir neçə həlledici amillərin təsiri altında formalaşmışdı. Torpaq iqliminin dominantlığı, ölkənin çox böyük olması və dənizin təsirindən uzaq olması ilə tundra bölgələri və ən cənub-şərqi istisna olmaqla, Avropa və Asiya Rusiyasında geniş yayılmışdır. Hind okeanından isti havanın axımına mane olan cənubdakı dağlar, qərb və şimaldakı düzənliklər ölkəni Arktika və Atlantik təsirlərindən həssas edir. Atlantik və ya Sakit okean bölgəsinin mülayim təsiri səbəbindən, nəmli kontinental iqlim Avropa Rusiyasının əksər bölgələrində, Qərbi Sibirin cənubunda və Uzaq Şərq Rusiyasının cənubunda, o cümlədən Moskva və Sankt Peterburq şəhərlərində təsirli olur. (Köppen'in Dfb, Dfa, Dwb, Dwa tipleri). Skandinaviya yarımadası ilə Sakit okean və Sibir arasındakı şimal Avropa Rusiyasının əksəriyyəti yarı arktik iqlimə malikdir, Şimal-Şərqi Sibirin daxili bölgələrində son dərəcə şiddətli qışlar (əsasən Yakutiya, Şimal Soyuq Qütbdə ən aşağı temperatur −68 ° C və ya −90.4 ° F) yerləşdikləri yerə görə daha yumşaqdır. Atlantik okeanının sahilindəki zolaq, eləcə də Arktika adaları qütblü bir iqlimə malikdir (bəzi adalarda həddindən artıq qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)). Qara dəniz sahillərinin kiçik bir hissəsi, xüsusilə Soçi, qışda qeyri-adi rütubətli nəmli subtropik iqlimə malikdir (Köppenin Cfa növü). Şərqi Sibir və Uzaq Şərqin bir çox hissəsi yayla müqayisədə qış quru olsa da (Dwa, Dwb, Dwc, Dwd növləri), ölkənin digər bölgələrində mövsüm boyu daha bərabər yağışlar müşahidə olunur. Ölkənin əksər hissəsində qış yağışları ümumiyyətlə qar kimi yağır.
Rusiyanın iqlimi
Rusiyanın iqlimi bir neçə həlledici amillərin təsiri altında formalaşmışdı. Torpaq iqliminin dominantlığı, ölkənin çox böyük olması və dənizin təsirindən uzaq olması ilə tundra bölgələri və ən cənub-şərqi istisna olmaqla, Avropa və Asiya Rusiyasında geniş yayılmışdır. Hind okeanından isti havanın axımına mane olan cənubdakı dağlar, qərb və şimaldakı düzənliklər ölkəni Arktika və Atlantik təsirlərindən həssas edir. Atlantik və ya Sakit okean bölgəsinin mülayim təsiri səbəbindən, nəmli kontinental iqlim Avropa Rusiyasının əksər bölgələrində, Qərbi Sibirin cənubunda və Uzaq Şərq Rusiyasının cənubunda, o cümlədən Moskva və Sankt Peterburq şəhərlərində təsirli olur. (Köppen'in Dfb, Dfa, Dwb, Dwa tipleri). Skandinaviya yarımadası ilə Sakit okean və Sibir arasındakı şimal Avropa Rusiyasının əksəriyyəti yarı arktik iqlimə malikdir, Şimal-Şərqi Sibirin daxili bölgələrində son dərəcə şiddətli qışlar (əsasən Yakutiya, Şimal Soyuq Qütbdə ən aşağı temperatur −68 ° C və ya −90.4 ° F) yerləşdikləri yerə görə daha yumşaqdır. Atlantik okeanının sahilindəki zolaq, eləcə də Arktika adaları qütblü bir iqlimə malikdir (bəzi adalarda həddindən artıq qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)). Qara dəniz sahillərinin kiçik bir hissəsi, xüsusilə Soçi, qışda qeyri-adi rütubətli nəmli subtropik iqlimə malikdir (Köppenin Cfa növü). Şərqi Sibir və Uzaq Şərqin bir çox hissəsi yayla müqayisədə qış quru olsa da (Dwa, Dwb, Dwc, Dwd növləri), ölkənin digər bölgələrində mövsüm boyu daha bərabər yağışlar müşahidə olunur. Ölkənin əksər hissəsində qış yağışları ümumiyyətlə qar kimi yağır.
Savanna iqlimi
Savanna iqlimi- Subekvatrorial iqlim qurşağının daxilində savanna təbii zonası daxilində formalaşır. Ekvatordan bir neçə dərəcə şimal və cənubda yerləşən bölgələrdə iqlim ümumiyyətlə qurudur. Ancaq müəyyən aylarda orada çox isti olur və tez-tez yağışlar yağır. Dünyada yerləşən bu cür yerlərə savanna zonaları deyilir. Bu ad Afrikada geniş ərazini tutan savanna regionundan gəlir. Savanna iqlim qurşağı ekvatordan hər iki tərəfində olub, tropik xətlərin arasında yerləşir. Hansı ki, tropik xətlərdə günəş ildə iki dəfə zenitdə olur. Bu zaman həmin ərazilərdə hava çox isti olur. Bu istilər zamanı yüksək miqdarda su buxarlanır ki, bu yenidən leysan yağışları formasında geri qayıdır. Savanna iqlim qurşağı ekvatorial zonayada uyğun gəldiyi üçün mart və sentyabr aylarında da günəş zenitdə olur.
Subarktika iqlimi
Subarktika — Mülayim iqlim zonasını Arktika iqlim zonasından ayıran iqlim zonasıdır. Hava kütlələrinin fəsillərə görə dəyişilməsi yayda mülayim qurşaq havasının, qışda isə Arktika havasının üstün olması Subarktika üçün xüsusiyyət təşkil edir. Subarktika təqribən tundra landşaft zonası ilə uyğun gəlir.
Türkiyənin iqlimi
Türkiyənin Egey və Aralıq dənizi ilə yuyulan sahil ərazilərində isti, quru yayları və mülayim-soyuq, rütubətli qışları olan Aralıq dənizi iqlimi hökm sürür. Ölkənin Qara dəniz suları ilə yuyulan sahil ərazilərində mülayim, rütubətli yayları və soyuq, rütubətli qışları olan dəniz iqlimi hökm sürür. Türkiyənin Qara dəniz sahili ən yüksək yağıntını qəbul edir və bu region ilboyu yüksək yağıntı alan yeganə regiondur. Bu sahilin şərq hissəsində illik ortalama 2500 mm yağıntı müşahidə edilir ki, bu da ölkə üzrə ən yüksək yağıntıdır. Türkiyənin Mərmərə dənizi ilə yuyulan və Egey və Qara dənizi birləşdirən sahil ərazilərində (İstanbul daxil olmaqla) mülayim Aralıq dənizi iqlimi və mülayim dəniz iqlimi arasında mülayim-isti, quru yayları və soyuq, rütubətli qışları olan keçid iqlim tipi hökm sürür. Mərmərə və Qara dəniz sahillərində, demək olar ki, hər il qar yağır, ancaq qar bir neçə gündən daha artıq qalmır. Digər tərəfdən, Egey dənizi sahil ərazilərində qar nadir, Aralıq dənizi sahil ərazilərində çox nadir müşahidə edilir. Şərtlər daxili quru hissədə daha kəskin ola bilir. Sahilə yaxın olan dağlar dəniz təsirlərinin daxili ərazilərə yayılmasının qarşısını alır və Türkiyənin daxili Anadolu yaylasına kəskin ziddiyyətli fəsillərlə rütubətli kontinental iqlim verir. Platoda qışlar xüsusi olaraq kəskindir.
Yaponiyanın iqlimi
«Yaponiya (Yaponca Nippon, Nihon) – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlətdir. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə uzanan təqribən 4 min adadan (ən böyükləri: Hokkaydo, Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km²., əhalisi 115,8 mln. (1979). Yaponiya inzibati cəhətdən 47 prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati vilayətdir. Paytaxtı Tokio şəhəridir.Dövlət dili, yapon dili, pul vahidi Yen-dir.Dövlət quruluşu konstitusiyalı monarxiyadır . Yapon adaları şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsinin təşkil edir. 1042 adadan ibarət olan Yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu (Xondo).
Çin iqlimi
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasının sahəsi 9,6 mln. km² (Rusiya və Kanadadan sonra dünyada 3-cü yer). Çin şimaldan cənuba və şərqdən qərbə doğru təxminən 5000 km uzanır. Böyük bir ərazini əhatə etməsi, fərqli relyefə malik olması, eləcədə böyük məsafədə (14 500 km) Sakit okean boyu uzanması ölkədə fərqli iqlim tiplərinin meydana gəlməsinə səbəb olmuş. Çinin ərazisi üç iqlim qurşağı (mülayim, subtropik və tropik) hüdudlarında yerləşir. Ölkənin qış iqlimini müəyyən dərəcədə Asiya qış antisiklonu formalaşdırır. Mülayim və subtropik qurşaqlarda anomal soyuq qış səciyyəvidir. Mülayim qurşaq hüdudlarında kontitnental (Şimali Çin və Şimal Qərbi Çinin plato və dağları) və musson (Şimal Şərq dağlıq ölkəsi, Böyük Çin düzənliyinin şimal hissəsi) iqlim vilayətləri ayrılır; orta illik temperatur –5 °C-dən (Urumçi) 14 °C-dək (Şandunya) dəyişir. Temperaturun illik amplitudu 70 °C-dək çatır (Turfan çökəkliyi). Qışı soyuq və uzunmüddətlidir, çox vaxt güclü şaxtalar və küləklər olur, qar az düşür; yanvarın orta tempru şimal-şərqdə –16-dan –25 °C-dək (bəzən 40 °C-yə çatır), Şərqi Çində –6 - 4 °C-dəkdir.
Çinin iqlimi
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasının sahəsi 9,6 mln. km² (Rusiya və Kanadadan sonra dünyada 3-cü yer). Çin şimaldan cənuba və şərqdən qərbə doğru təxminən 5000 km uzanır. Böyük bir ərazini əhatə etməsi, fərqli relyefə malik olması, eləcədə böyük məsafədə (14 500 km) Sakit okean boyu uzanması ölkədə fərqli iqlim tiplərinin meydana gəlməsinə səbəb olmuş. Çinin ərazisi üç iqlim qurşağı (mülayim, subtropik və tropik) hüdudlarında yerləşir. Ölkənin qış iqlimini müəyyən dərəcədə Asiya qış antisiklonu formalaşdırır. Mülayim və subtropik qurşaqlarda anomal soyuq qış səciyyəvidir. Mülayim qurşaq hüdudlarında kontitnental (Şimali Çin və Şimal Qərbi Çinin plato və dağları) və musson (Şimal Şərq dağlıq ölkəsi, Böyük Çin düzənliyinin şimal hissəsi) iqlim vilayətləri ayrılır; orta illik temperatur –5 °C-dən (Urumçi) 14 °C-dək (Şandunya) dəyişir. Temperaturun illik amplitudu 70 °C-dək çatır (Turfan çökəkliyi). Qışı soyuq və uzunmüddətlidir, çox vaxt güclü şaxtalar və küləklər olur, qar az düşür; yanvarın orta tempru şimal-şərqdə –16-dan –25 °C-dək (bəzən 40 °C-yə çatır), Şərqi Çində –6 - 4 °C-dəkdir.
Çöl iqlimi
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
İranın iqlimi
İranın əksər hissələrinin iqlimi subtropik-kontinental, Xəzər dənizi sahilində rütubətlidir. İran və Oman körfəzilərinin sahil boyunda isə tropikdir İqlimin əsas xüsusiyyətləri təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də, relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən edilir. İqlimin əsas xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay yemperaturu deyil, deləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığıdır. Qış fəslində İranın bir sıra rayonlarının iqlimi eyni enliklərdə yerləşən diğər yerlərin iqlimindən çox soyuqdur. ( Xəzərsahili zona istisna olunmaqla) . Bu isə ölkədə çoxillik subtropik bitkilərin yetişdirilməsini və il ərzində bir ərzində bir sahədən iki dəfə məhsul götürülməsini məhdudlaşdırır. Qışda temperaturun kəskin surətdə aşağı düşməsinə Asiya materikinin daxili rayonlarından gələn soyuq kontinental hava kütləsi təsir göstərir, belə ki, bu hava kütləsinin qarşısını şimal istiqamətdə kəsə biləcək qüvvətli oroqrafikik sədd yoxdur. Nəticədə ölkədə ovalıqlar və yaylalar üçün mövsümü fərqlər nəzərə çarpır. Belə ki, qış və orta yay temperatur ampilidudası 20-25 dərcə təşkil edir. Yüksək yerlərdə və həmçinin dağlarla əhatələnən çəkəkliklərdə yağıntı əsasən qar şəklində düşür və dağlardan qidalanan İran çaylarının rejimini müəyyən edir.
Özbəkistan iqlimi
Özbəkistan Respublikası Avrasiya materikində 37 və 45 ° C şimal eni, 56 və 73 dərəcə şərq müstəvisi arasında yerləşir. Özbəkistan Respublikasının sahəsi 447,7 min km²-dir və onun 78,8%-i düzənliklər, 21,2%-i dağlıq və yarımdağlıq ərazilərdir. Ərazisinin demək olar ki, 5/4 hissəsi yarımsəhra və səhralardan, qalan hissəsi isə cənub-şərq və şərq bölgələrində yüksək dağlardan ibarətdir . Özbəkistanda kontinental iqlim coğrafi mövqeyi, günəş radiasiyası və [[atmosfer sirkulyasiyası] ilə əlaqədardır. Əsasən uzun quraqlıq, isti yay, yağışlı yaz və soyuq qış ilə xarakterizə olunur. Şimal, şimal-qərb və qərbdən Atlantik və Arktika hava axınları daxil olur. Respublikada iyulun orta temperaturu şimalda 26°C-dən cənubda 30°C-dək dəyişir. Yanvarda havanın orta temperaturu şimalda −8 °C, cənubda 0 °C-ə çatır. Ən aşağı hava temperaturu −38 °C-dir (Ustyurt düzənliklərində). Ölkənin şimal hissəsində yayda (22 iyun tarixinə) günəş 71–72° bucaq altında parlayır, cənubda isə bu göstərici 76°-yə bərabərdir.